Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu ilə geniş tərkibdə görüşü olub.
Trend xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.
Məlumata əsasən, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Tərəflər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiya və humanitar aspektləri ətrafında fikir mübadiləsi aparıblar.
Gündəliyə regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, BMT-nin Birgə Bürosu və CICA çərçivəsində əməkdaşlıq məsələləri də daxil edilib.