...

İstanbulun 4 bələdiyyəsində anti-terror əməliyyatı: həbslər var

Dünya xəbərləri Materials 11 Mart 2025 12:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində yerləşən 4 bələdiyyə idarəsində anti-terror əməliyyatı keçirilib.

Trend türk KİV-lərinə istinadən xəbər verir ki, DHKP/C terror təşkilatına 2014-2016-cı illərdə maliyyə yardımının göstərilməsi ittihamı ilə Ataşehir, Maltəpə, Sarıyer və Şişli Bələdiyyələrində axtarışlar və həbslər həyata keçirilib.

Məlumata görə, Ataşehir bələdiyəsində 3 nəfərin, Maltepe bələdiyyəsində 5 nəfərin, Sarıyer bələdiyyəsində 8 və Şişli bələdiyyəsindən 8 şübhəlinin həbs olunduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti