Bakı. Trend:
Türkiyə 2025-cü ilin fevral ayında Özbəkistana elektrik ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 63 faiz artaraq 10 milyon 180 min 20 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Özbəkistana elektrik məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz artaraq,18 milyon 301 min 65 dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına elektrik ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,7 faiz azalaraq, 31 milyon 391 min 24 dollara bərabər olub.
“Bu ilin fevral ayında Türkiyə 1 milyon 296 min 350 dollar məbləğində elektrik ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 0,8 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 16 milyon dollar məbləğində elektrik ixrac edib.