...

Əmlak Məsələləri Dövlət Xidmətinə yeni səlahiyyət verilib

Siyasət Materials 11 Mart 2025 16:39 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Xidmətinə yeni səlahiyyət verilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, əsasnaməyə edilən əlavəyə əsasən, üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə verilib.

Xəbər lenti

Xəbər lenti