...

Rumıniyada Corceskunun prezident seçkilərində iştirakına qadağa qoyulub

Dünya xəbərləri Materials 12 Mart 2025 06:47 (UTC +04:00)
Rumıniyada Corceskunun prezident seçkilərində iştirakına qadağa qoyulub

Bakı. Trend:

Rumıniyanın Konstitusiya Məhkəməsi müstəqil namizəd Kalin Corceskunun Mərkəzi Seçki Bürosunun qərarından şikayətini rədd edib.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, Mərkəzi Seçki Bürosu bazar günü siyasətçini prezident seçkilərində iştirakdan məhrum edib.

Qeyd edilib ki, bu məhkəmə qərarı yekdilliklə qəbul edilib. Bu qərarın səbəbləri barədə məlumat verilməyib. Bu, yekun qərardir və yenidən nəzərdən keçirilmir.

K.Corcesku noyabrın 24-də Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda lider olub. Milli Seçki Bürosu birinci turun nəticələrini tanıdı, lakin dekabrın 8-də baş tutmalı olan ikinci tur ərəfəsində Rumıniyanın Konstitusiya Məhkəməsi “seçki prosesinin aşkar pozuntularını” əsas gətirərək nəticələri ləğv etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti