Bakı. Trend:
Ukrayna ABŞ-nin təklif etdiyi 30 günlük atəşkəs təklifini dərhal qəbul etməyə razılaşıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Ukrayna danışıqlarından sonra bəyan edib.
Marko Rubionun sözlərinə görə, eyni təklifi ABŞ tərəfi rəsmi Moskvaya da irəli sürəcək. “Top artıq onların meydançasındadır”, deyən Rubio artıq seçimin Moskva tərəfindən edilməli olduğuna eyham vurub.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı “bu pozitiv təklifə razı salmağın artıq rəsmi Vaşinqtonun öhdəsinə düşdüyünü vurğulayıb.