Bakı. Trend:
Rusiya və ABŞ martın 11 və 12-də Ukraynanın sülh yolu ilə nizamlanması üzrə görüş keçirəcək.
Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Söhbət tam atəşkəsdən gedir. Ukrayna bununla razılaşdı, ümid edirəm ki, Rusiya da buna razı olacaq. Biz onlarla (Rusiya) daha sonra, bu gün və sabah görüşəcəyik və ümid edirəm ki, razılığa gələ biləcəyik. Amma hesab edirəm ki, bu atəşkəs çox vacibdir", - deyə o bildirib.