...

Avropa İttifaqı Ukraynada atəşkəs təklifini dəstəkləyib

Dünya xəbərləri Materials 12 Mart 2025 03:56 (UTC +04:00)
Avropa İttifaqı Ukraynada atəşkəs təklifini dəstəkləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ukraynanın atəşkəs təklifini, ABŞ-nin hərbi təchizatının bərpasının elanını və Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə "X" sosial şəbəkəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta bildiriblər.

Onlar həmçinin bildiriblər ki, Aİ “qarşıdan gələn sülh danışıqlarında tərəfdaşlarla birlikdə tam rolunu oynamaq” niyyətindədir.

"Aİ Ciddədən ABŞ-Ukrayna danışıqları, o cümlədən atəşkəs təklifi və ABŞ kəşfiyyat məlumatlarının verilməsi və hərbi yardımının bərpası ilə bağlı xəbərləri alqışlayır", - deyə onlar bildiriblər. Brüssel qurumlarının rəhbərləri qeyd ediblər ki, onlar bu addımları “Ukraynada uzunmüddətli sülh üçün müsbət hadisə” hesab edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti