Bakı. Trend:
İspaniyanın "Barselona" komandasının futbolçuları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında Portuqaliya "Benfika"sını 3:1 hesabı ilə məğlub edib.
Trend-n məlumatına görə, oyun "Barselona"nın meydanında baş tutub.
Meydan sahiblərinin qollarını Rafinya (11, 42-ci dəqiqə) və Lamin Yamal (27) vurublar. "Benfika"nın yeganə qolunun müəllifi Nikolas Otamendi (13) olub.
İlk görüşdə 1:0 hesabı ilə qalib gələn "Barselona" turnirin 1/4 finalına yüksəlib.