Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından
"Koroğlu" metro stansiyası istiqamətində;
5. Babək prospekti, mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə
qədər;
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi
istiqamətində;
9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu"
metro stansiyası istiqamətində (dairəyə qədər);
10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından
"Azneft" dairəsi istiqamətində;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən
Atatürk prospekti ilə kəsişməyə qədər;
12. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində
sıxlıq müşahidə olunur.