Bakı. Trend:
2025-ci ilin 2 ayında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 735 torpaq sahəsi, 648 fərdi yaşayış, 226 mənzil, 45 qeyri-yaşayış binası, 40 qeyri-yaşayış sahəsi, 8 əmlak kompleksi olmaqla, ümumilikdə, 1702 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.
Bu barədə Trend-ə muxtar respublikanın İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 4,1% artıb.
Qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 10,2% artaraq 172,3 min manat, xidməthaqqı isə 16,1% artaraq 377 min manat təşkil edib.