...

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tədarükünün artacağını gözləyir - XİN rəhbəri

İqtisadiyyat Materials 11 Mart 2025 17:35 (UTC +04:00)
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tədarükünün artacağını gözləyir - XİN rəhbəri
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft tədarükünün illik 2.2 milyon tona qədər artacağını gözləyir.

Trend xəbər verir ki, bunu Qazaxıstanın Xarici İşlər Naziri Murat Nurtleu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla Astanada keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirlər Qazaxıstan enerji resurslarının Azərbaycan ərazisindən tranziti sahəsində əməkdaşlığın uğurlu olmasını alqışlayıb.

“Biz Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsilə dünya bazarlarına tədarükü ilə bağlı razılaşmalar üzrə götürdüyümüz öhdəlikləri uğurlu şəkildə həyata keçiririk.. Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,4 milyon ton neft ixrac olunub. Gələcəkdə biz Qazaxıstan neftinin tranzit həcmini illik 2.2 milyon tona qədər artırmağı planlaşdırırıq”, -deyə Nurtleu bildirib.

Bundan başqa tərəflər kənd təsərrüfatı, sənaye kooperasiyası, kosmik sahə və telekommunikasiya sahəsində qarşılıqlı əlaqələri aktivləşdirməklə bağlı razılığa gəliblər. Dialoqun möhkəmlənməsinə 2024-cü ildə təsis olunmuş Qazaxıstan-Azərbaycan investisiya fondu təsir göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti