...

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbi ləğv ediləcək - Qordana Silyanovska-Davkova

Siyasət Materials 11 Mart 2025 15:39 (UTC +04:00)
Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbi ləğv ediləcək - Qordana Silyanovska-Davkova
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbi ləğv ediləcək.

Trend xəbər verir ki, bu fikirləri Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.

"Mən qarşımda xarici işlər nazirini görürəm, biz dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq. Zənnimcə, bu, nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyət deyil və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti