Bakı. Trend:
Bu ilin yanvar ayında Araz Su Elektrik Stansiyasında istehsal edilən enerjinin həcmi açıqlanıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu ilin ilk ayında SES-də 5.044 min kVt/s elektrik enerjisi istehsal olunub.
Xatırladaq ki, ötən il stansiyada istehsal edilən enerjinin 65.705 min KVt/saat olub.
Qeyd edək ki, Araz Su Elektrik Stansiyası respublikanın ikinci ən böyük çayı olan Araz çayının üzərində, onun sol qolu olan Naxçıvan çayının töküldüyü yerdən 5 km aşağıda Azərbaycan-İran sərhəddində yerləşir.
Layihə gücü 22 meqavat olan stansiya 03 oktyabr 1971-ci ildə zəmanət istifadəsinə, 1973-cü ildən isə tam istifadəyə verilmişdir. Stansiyada il ərzində 86,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulmuşdur. Stansiya uzun illər əhalinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. İstifadə edilən suya görə stansiya orta təzyiqli, konstruksiyasına görə isə qapalı tipli stansiyalara aid edilir