Bakı.Trend:
Rusiyanın informasiya mühafizəsi üzrə aparat-proqram komplekslərinin tərtibatçısı - “Aktiv” şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edir.
Bunu Azərbaycanda Moskva müəssisələrinin biznes missiyası çərçivəsində Trend-ə verdiyi açıqlamada “Aktiv” şirkətinin beynəlxalq layihələr üzrə GR istiqamətinin rəhbəri Olqa Minayeva bildirib.
“Biz burada sadəcə satmaq istəmirik – biz həm də 30 ildən çox müddəti ehtiva edən səriştəmizi bölüşmək istəyirik. Biz tərəfdaşlarımıza təlim keçməyə, məhsulları lokallaşdırmağa və birgə müəssisələr təşkil etməyə hazırıq. Sözün düzü, biz elə daha vacib və aktual variantı seçmək məqsədilə bu biznes-missiyada iştirak edirik. Biz Azərbaycanın İnnovasiyalar agentliyi ilə birgə işləmək istəyirik – ilk təmaslar artıq qurulub. Bundan sonra potensial yerli tərəfdaşlarlar görüşlər planlaşdırıq. Azərbaycan şirkətləri ilə uğurlu əməkdaşlıq formalaşdıra biləcəyimizə ümidvarıq”, - deyə o bildirib.
O qeyd edib ki, “Aktiv” şirkəti 30 ildən çox müddət ərzində autentifikasiya və identifikasiya texnologiyaları, o cümlədən, elektron və rəqəmsal imza texnologiyaları hazırlayan aparıcı Rusiya şirkətlərindən sayılır.
“Bugün bu artıq təkcə fleş-daşıyıcılar deyil, həm də başqa form faktorlar, o cümlədən smart-kartlardan ibarətdir. Biz MDB ölkələrinin böyük maraq göstərdiyini görürük, belə ki, Rusiya texnologiyaları yaxşı adaptasiya oluna və qonşu ölkələrdə lokallaşdırıla bilir”, - deyə Minayeva əlavə edib.