...

ABŞ konqresmenləri hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiqləyiblər

Dünya xəbərləri Materials 12 Mart 2025 08:14 (UTC +04:00)
ABŞ konqresmenləri hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiqləyiblər

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası martın 12-də sentyabrın 30-da başa çatacaq ABŞ maliyyə ilinin sonuna qədər federal hökumətin maliyyələşdirilməsini davam etdirən qanun layihəsini təsdiqləyib.

Trend-in məlumatına görə, bununla bağlı Amerika qanunverici orqanının aşağı palatasının iclası onun saytında canlı yayımlanıb.

Məlumata əsasən, indi Senat bu təşəbbüsə səs verməlidir, bundan sonra o, artıq onu dəstəkləmiş ABŞ prezidenti Donald Trampın masasına keçəcək. Qanun layihəsi müdafiə xərclərinin təxminən 6 milyard dollar artırılması və qeyri-müdafiə hökumət proqramlarının maliyyələşdirilməsinin təxminən 13 milyard dollar azaldılması ilə bağlı müddəaları əhatə edir.

Səsvermə demək olar ki, partiya xətti üzrə keçirilib.

Qanun layihəsi Tomas Massi (Kentuku ştatı üzrə) istisna olmaqla, bütün respublikaçılar tərəfindən dəstəklənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti