...

Azərbaycan xarici investorlar üçün cəlbedici tərəfdaş kimi öz mövqeyini möhkəmləndirir - Marta Blanko

İqtisadiyyat Materials 11 Mart 2025 13:29 (UTC +04:00)
Azərbaycan xarici investorlar üçün cəlbedici tərəfdaş kimi öz mövqeyini möhkəmləndirir - Marta Blanko
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan beynəlxalq şirkətlər, o cümlədən ispan şirkətlər üçün çoxsaylı imkanlar təklif etməklə beynəlxalq arenadakı rolunu möhkəmləndirməyə davam edəcək.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İspaniya biznes forumu çərçivəsində İşgüzar Təşkilatlar Konfederasiyasının Beynəlxalq Əlaqələr üzrə Komissiyasının prezidenti Marta Blanko bildirib.

Blankonun sözlərinə əsasən, Azərbaycan onu investorlar üçün cəlbedici edən bir sıra rəqabətcil üstünlüklərə malildir.

“Azərbaycan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayan strateji mövqeyə malikdir. Siyasi və iqtisadi sabitlik, infstruktura aktiv yatırımlar və iqtisadiyyatın keçid prosesi də vacib faktorlardan sayılır”,- deyə o bildirib.

Blankonun bildirdiyinə görə, ölkə eyni zamanda rəqabətədavamlı işçü qüvvəyə, həmçinin bir sıra region ölkələri ilə azad ticarətə malikdir.

O bildirib ki, Azərbaycan və İspaniya hökümətləri arasında aktiv əməkdaşlıq biznes fəaliyyətinin aparılması və iqtisadiyyatın müxtəlif sektorlarında birgə layihələrin gerçəkləşdirilməsi üçün əla şərait yaradacaq .

Xəbər lenti

Xəbər lenti