...

Bakıda Moskva şirkətlərinin biznes-missiyası keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

İqtisadiyyat Materials 11 Mart 2025 12:47 (UTC +04:00)
Bakıda Moskva şirkətlərinin biznes-missiyası keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Moskva müəssisələrinin Azərbaycandakı biznes missiyası çərçivəsində təqdimat sessiyası keçirilib.

Trend xəbər verir ki, Moskva İxrac Mərkəzi (MİM) 11-13 mart tarixlərində Bakıda biznes-missiya təşkil edib.

Biznes-missiya çərçivəsində Moskva şirkətləri sənaye, avtomatlaşdırma və tibb sahəsində qabaqcıl həlləri təqdim ediblər, həmçinin öz məhsul və xidmətlərini ictimaiyyətə nümayiş etdiriblər.

MİM baş direktoru Vitaliy Stepanovun sözlərinə görə, Azərbaycan bazarı regionda öz fəaliyyətini genişləndirməyə çalışan Moskva müəssisələri üçün mühüm imkan yaradır. MİM biznes-missiyasında iştirak şirkətlərə təkcə öz innovativ həllərini təqdim etməyə deyil, həm də vacib işgüzar təmaslar qurmağa, həmçinin yerli bazarda işin özəlliklərini öyrənməyə imkan verəcək.

Biznes-missiya çərçivəsində Bakıdakı tədbirdə aşağıda göstərilən sahələri təmsil edən aparıcı Moskva müəssisələri iştirak edirlər:

- Sənaye avadanlıqları: Şirkətlər kabel və keçirici məhsullardan tutmuş analitik cihazqayırma və qeyri-dağıdıcı nəzarət həllərinə qədər geniş məhsul çeşidi təklif edirlər.

- Avtomatlaşdırma və texnologiya: İştirakçılar proseslərin idarə olunması üçün tənzimləyici və kəsici klapanlar da daxil olmaqla innovativ həllərini təqdim edirlər.

- Tibb və biotexnologiyalar: Moskva şirkətləri diaqnostika və müalicə üçün qabaqcıl texnologiyalar və innovativ tibbi məmulatlarını nümayiş etdirirlər.

Tədbirin gedişində Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov qeyd edib ki, Biznes-missiya çərçivəsində əsas vəzifələri, yeni müqavilələr və Moskva müəssisələri tərəfindən yüksək keyfiyyətli, müasir məhsulların Azərbaycana tədarükü üzrə razılaşmaların imzalanmasıdır.

“Rusiyanın Ticarət Nümayəndəliyi olaraq, biz bütün lazımı dəstəyi göstərməyə hazırıq”,- deyə o bildirib.

O, Azərbaycanda Moskva şirkətlərinin biznes-missiyasının yaxşı bir ənənəyə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, Moskva İxrac Mərkəzi proqramının qalibləri - paytaxtın daha fəal və müasir müəssisələri azərbaycanlı tərəfdaşları ilə şəxsi görüşlər üçün ölkəyə gəlirlər.

Bundan əlavə, “Rusiya İxrac Mərkəzi” SC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev, Rusiya İxrac Mərkəzinin 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyini və bu müddət ərzində onların Azərbaycana 3 milyard (ABŞ) dollarından çox məbləğdə ixracata dəstək olduğunu vurğulayıb.

“Bu kifayət qədər böyük rəqəmdir və Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsinin inkişafına töhfədir”, -deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti