...

İspaniya şirkəti Qarabağ və Şərqi Zəngəzurda işıqlandırma qurğularının quraşdırılması imkanlarını dəyərləndirir (ÖZƏL)

Energetika Materials 11 Mart 2025 15:50 (UTC +04:00)
İspaniya şirkəti Qarabağ və Şərqi Zəngəzurda işıqlandırma qurğularının quraşdırılması imkanlarını dəyərləndirir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur üzrə təkliflər olarsa, işıqlandırma sistemlərimizlə o ərazilərdə də xidmət göstərə bilərik.

Bu sözləri Trend-ə İspaniyanın “Alumbrado Tecnico Publico” (İctimai Texniki İşıqlandırma) şirkətinin nümayəndəsi İqnasio Qalanena deyib.

O, təmsil etdiyi şirkətin fəaliyyət istiqamətindən danışıb və daha sonra Azərbaycanla əməkdaşlıq imkanlarını nəzərdən keçirdiklərini bildirib: “Biz işıqlandırma işlərini icra edən bir şirkəti təmsil edirik. Əsasən, infrastruktur, kurortlar, istirahət məkanlarında layihələri icra edirik. Qarabağ və Şərqi Zəngəzurda da təkliflər olarsa, işıqlandırma sistemlərimizlə o ərazilərdə də müvafiq işləri yerinə yetirə bilərik”.

“Hələ bu istiqamətdə əməkdaşlığa başlamamışıq, amma ilk fürsətdəcə qarşılıqlı əməkdaşlıqdan faydalanacağımızı düşünürük. Azərbaycana səfərimizin də mahiyyəti məhz budur ki, gələcəkdə birgə əməkdaşlıq imkanlarımız daha da artsın”, - deyə şirkət nümayəndəsi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti