Bakı. Trend:
Yəmənin "Ənsər Allah" hərəkatının husiləri İsrailə təzyiq etmək üçün Qırmızı və Ərəb dənizlərində İsraillə əlaqəli gəmilərə hücumları bərpa edəcək
Trend-in məlumatına görə, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib.
"Vasitəçilərə verilən <�…> müddətin başa çatması ilə əlaqədar olaraq, İsrail düşməninə nəzarət-buraxılış məntəqələrinin açılması və Qəzza zolağına [humanitar] yardımın çatdırılması üçün təzyiq etmək üçün, <�…> Yəmən silahlı qüvvələri bütün İsrail gəmilərinin Qırmızı və Ərəb dənizlərinin əməliyyat zonasında, həmçinin Bab əl-Məndeb boğazı və Ədən körfəzində keçidinə qoyulan qadağanın bərpasını təsdiqləyir", - deyə Y.Sariya qeyd edib.