...

Azərbaycan futzal millisi səfərdə Yunanıstana uduzub

İdman Materials 12 Mart 2025 03:24 (UTC +04:00)
Azərbaycan futzal millisi səfərdə Yunanıstana uduzub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Futzal üzrə Azərbaycan milli komandası “Avro-2026”nın əsas mərhələsində növbəti oyununu keçirib.

Trend-in məlumatına görə, beşinci qrupda yer alan Vitali Borisovun rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanın qonağı olub. Afinada yerləşən DAIS İdman Arenasında təşkil olunan görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında Bakıda təşkil olunan ilk matç 2:2 hesablı heç-heçə ilə başa çatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti