...

Bu il dəm qazından zəhərlənənlərin sayı AÇIQLANDI

Cəmiyyət Materials 11 Mart 2025 12:57 (UTC +04:00)
Bu il dəm qazından zəhərlənənlərin sayı AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 19 nəfər qəbul edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

"Həkimlərin səylərinə baxmayaraq onlardan 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb",- deyə o əlavə edib.

Ruzbeh Məmməd qeyd edib ki, 2024-cü il ərzində isə dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 83 nəfər qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti