Bakı. Trend:
Rusiya da buna razılıq versə, Ukrayna 30 gün ərzində cəbhə xəttində atəşi dayandıracaq.
Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
"Bu gün danışıqlarda Amerika tərəfindən dərhal irəliyə doğru ilk addımı atmaq və təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs əldə etməyə çalışmaq təklifi səslənib. Biz belə bir addım atmağa hazırıq və ABŞ Rusiyanı buna inandırmalıdır. Yəni biz razıyıq və ruslar razılaşarsa, o zaman sükut elə o dəqiqə başlayacaq", - deyə o bildirib.