Bakı. Trend:
SOCAR Georgia Gas şirkəti 11 mart 2025-ci il, saat 10:20 radələrində qəza zədələnməsi ilə əlaqədar Kobuleti bələdiyyəsində 19 496 abunəçinin qaz təchizatının dayandırıldığını açıqlayıb.
Trend şirkətə istinadən xəbər verir ki, hal-hazırda hadisə yerində qəza briqadası işləyir.
“Qazın verilişi 12 mart 10:00-dan etibarən bərpa olunacaq, günün sonuna kimi isə tam bərpa olunacaq. SOCAR Georgia Gas baş verən narahatçılığa görə üzr istəyir və abunəçiləri qaz kranlarını bağlı saxlamağa və qaz cihazlarını nəzarətsiz buraxmamağa çağırır”,-deyə şirkətdən bildiriblər.
Zədələnmənin səbəbi barədə məlumat verilmir.