...

Pakistanda anti-terror əməliyyatı: 155 sərnişin girovluqdan azad edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 12 Mart 2025 10:01 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistanda sərnişin qatarını ələ keçirmiş döyüşçlərə qarşı keçirilən əməliyyatın gedişində girovluqdan xilas edilən sərnişinlərin sayı 155 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər güc strukturlarından olan mənbələrə istinadən məlumat yayıb.

Əməliyyatın gedişində 30-a yaxın ekstrimist öldürülüb.

xxx

09:30

Pakistanın Beluçistan bölgəsində sərnişin qatarını ələ keçirmiş ekstrimistlərlə ölkənin təhlükəsizlik qüvvələri arasında silahlı insudent baş verib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, insident nəticəsində azı 16 döyüşçü öldürülüb. Əməliyyatın gedişində hərbçilər ekstrimistlərin girov götürdüyü sərnişinlərdən 104 nəfərini azad etməyə nail olub. Xilas edilən sərnişinlərdən 17-i yaralı vəziyyətdə olub və onlar xəstəxanaya təxliyə olunublar.

Bundan əvvəl “Beluçistan Azadlıq Ordusu” ekstrimist qruplaşmasının üzvləri dəmiryolu xəttini partladaraq, Kvetta-Pişəvər istiqamətində hərəkət edən qatarı nəzərətə götürmüşdülər. 450-dən çox sərnişinin girov götürüldüyü barədə məlumatlar yayılmışdı. Ekstrimistlər hücuma görə məsuliyyəti öz üzərlərinə götürərək, anti-terror əməliyyatının keçiriləcəyi təqdirdə qatardakı sərnişinləri qətlə yetirməklə hədələmişdilər.

Hazırda əməliyyatın davam etdiyi bildirilir. Digər sərnişinlərin aqibəti barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti