Bakı. Trend:
Azərbaycanın aparıcı mikro maliyyə təşkilatı olan “FINCA Azerbaijan”, Novruz bayramı münasibətilə "Novruz Payımız" güzəşt kampaniyasını təqdim edir. Yeni və mövcud müştərilər üçün keçərli olan bu kampaniya çərçivəsində kredit məhsullarına 5%-dək güzəşt tətbiq edilir. 4 aprel 2025-ci il tarixinədək davam edəcək kampaniya ilə maliyyə ehtiyaclarınızı qarşılayın və biznesinizə bahar nəfəsi gətirin. Kredit müraciəti üçün linkə keçid edin: https://bit.ly/3XBmMli Ətraflı məlumat üçün “FINCA Azerbaijan”ın rəsmi sosial media hesablarına, www.finca.az saytına, həmçinin *2525 qaynar xəttinə müraciət edə bilərsiniz.
“FINCA Azerbaijan” haqqında
Qeyd edək ki, əsası 1999-cu ildə qoyulmuş “FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara ölkə üzrə 26 filial vasitəsilə xidmət göstərir. “FINCA Azerbaijan”, “FINCA Impact Finance” təşkilatına aid olan, 15 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir. “FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.