...

Tramp bu həftə Putinə zəng etməyi planlaşdırır

Dünya xəbərləri Materials 12 Mart 2025 01:45 (UTC +04:00)

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ukrayna ətrafındakı vəziyyəti müzakirə etmək üçün yaxın bir neçə gün ərzində Rusiya prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərə Ağ Evdə bildirib.

"Mən Vladimir Putinlə danışacam", - deyə Tramp Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticələrini şərh edərkən deyib.

Bu həftənin sonunda V.Putinlə danışmağı planlaşdıracağını sualına Tramp belə cavab verib: “Düşünürəm ki, bəli”.

Xəbər lenti

Xəbər lenti