Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsinin başladığını açıqlayıb və diplomatik prosesdə irəliləyiş əldə olunacağına ümid etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Abdel Rəhman Şadid deyib.
"Bu gün [Qəzzada] atəşkəs danışıqlarının yeni raundu başlayıb və HƏMAS onlara tam məsuliyyətlə yanaşacaq. Ümid edirik ki, bu məsləhətləşmələr razılaşmanın ikinci mərhələsi üzrə tamhüquqlu danışıqların başlanması istiqamətində mühüm irəliləyişə səbəb olacaq", - deyə o qeyd edib.