...

"Qarabağ" və "Zirə" geriləyib: "Sabah"dan sıçrayış

İdman Materials 11 Mart 2025 14:58 (UTC +04:00)
"Qarabağ" və "Zirə" geriləyib: "Sabah"dan sıçrayış
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) fevral ayı üzrə dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Trend xəbər verir ki, siyahıda 501 klub yer alıb. Onların arasında Azərbaycanın 3 təmsilçisi var.

"Qarabağ" əvvəlki reytinqə nisbətdə 16 pillə geriləyib. Qurban Qurbanovun komandası 147,75 xalla 103-cüdür.

“Zirə” 208-ci yerdən 219-cu sıraya (98,25 xal) enib.

“Sabah” isə 61 pillə irəliləyib. 68,5 xala malik paytaxt klubu "Bravos do Maqeş" və "Kilmarnok"la 353-cü yeri bölüşür.

Cədvələ 507 xalla "Real" liderlik edir. “Bayer” 404 xalla 2-ci, “Atalanta” isə 386 xalla 3-cüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti