Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında 1 mart 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı 20 175-ə çatıb.
Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 faiz çoxdur.
Qeyd edilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 12,9 faiz artaraq 561, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 4 faiz artıb və 5.944 təşkil edib.
Qeyd edək ki, Muxtar Respublikada 1 yanvar 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı 21 778 nəfər, aktiv ƏDV ödəyicilərinin sayı 548, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 6 025 təşkil edib.