Bakı.Trend:
Pakistanda “Belucistan Azadlıq Ordusu” (BAO) ekstremist qruplaşmasının döyüşçüləri sərnişin qatarını tutaraq 450 nəfəri girov götürüb.
Trend xəbər verir ki, bu haqda Belucistan əyalətinin dəmiryolları xidmətinin yüksəkvəzifəli məmuru Məhəmməd Kəşif “France–Presse” agentliyinə verdiyi açıqlamada danışıb.
Döyüşçülər Kvetta-Pişəvər istiqamətində hərəkət edən qatarı nəzərətə götürən zaman altı pakistanlı hərbçini qətlə yetirib.
Məlumata əsasən, döyüşçülər qatar relslərini partlayış yolu ilə dağıdıb və qatarı hərəkətsiz vəziyyətə gətirdikdən sonra basqın edib.
BAO yaydığı bəyanatda xəbərdarlıq edib ki, Pakistan qüvvələri əməliyyat keçirməyə cəhd etsələr, qatardakı sərnişinlər qətlə yetiriləcək.