Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 3 milyard 908,2 milyon manat olub.
Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 345,4 milyon manatdan, yaxud 9,7 faizdən çox artım deməkdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 104.995 ədəd belə NKA quraşdırılıb.
Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.