Bakı. Trend:
Kanadanın hakimiyyətdən getməyə hazırlaşan baş naziri Castin Trüdo Ümumilər Palatasının (Kanada parlamentinin aşağı palatası) iclas zalından kreslonu aparan yerdə kameralara tuş gəlib.
Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Martın 10-da Trüdo Ümumilər palatasında deputat olaraq sonuncu iclasını keçirib. İclasdan sonra siyasətçi dilini çıxararaq, deputat oturacağının nüsxəsini əlinə alıb və zaldan çıxıb. Parlament ənənələrinə görə, onun həmin oturacağı aparmağa ixtiyarı var.
Trüdo, eyni zamanda, rəhbərliyin gələcək partiya lideri və baş nazir Mark Karniyə formal təhvil-təslim mərasimində də iştirak edib. Siyasətçi Karni rəsmi qaydada Nazirlər Kabinetinin başına gələnə qədər baş nazir vəzifəsini icra etməyə davam edəcək.
Qeyd edək ki, Trüdo 2013-cü ildən bəri Kanadanın Liberal partiyasına başçılıq edir. 2015-ci ildən bəri isə Kanadanın baş naziri vəzifəsini tutub.