Bakı. Trend:
Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.
Trend-in məlumatına görə, bu barədə Ukrayna və ABŞ-nin Ciddə danışıqlarının yekunlarına dair birgə bəyanatda deyilib.
"Ukrayna ABŞ-nin 30 günlük müvəqqəti atəşkəs rejiminin dərhal tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib, tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyası tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə bu müddət uzadılacaq. ABŞ Rusiyanın diqqətinə çatdıracaq ki, Rusiya tərəfindən qarşılıqlı münasibət sülhə nail olmaq üçün əsas olacaq", - deyə bildirilib.