...

İspaniya şirkəti Azərbaycanda enerji həlləri üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir (ÖZƏL)

Telekommunikasiya Materials 11 Mart 2025 20:50 (UTC +04:00)
İspaniya şirkəti Azərbaycanda enerji həlləri üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın “HİMOİNSA” şirkəti Azərbaycanda enerji həlləri üzrə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Bu barədə Trend-ə açıqlamasında şirkətin regional satış meneceri Oleksandr Tsarkov məlumat verib.

O, ilkin olaraq təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışıb və Azərbaycanla mümkün əməkdaşlıq imkanlarını genişləndirmək potensialını dəyərləndirdiklərini söyləyib:

“Dizel mühərrikləri və enerji həlləri təqdim edən bir şirkəti təmsil edirəm. Azərbaycanda hazırda iki tərəfdaşımız var. Niyyətimiz bu tərəfdaşlığı artırmaq və yeni sektorlarda iştirak etməkdir”.

“Azərbaycanda yeni tərəfdaşlıq imkanlarımızı nəzərdən keçiririk. Biz Azərbaycanda enerji həlləri istiqamətində fəaliyyət göstərən şirkətlər axtarışındayıq və məmnuniyyətlə onlarlara əməkdaşlıq edə bilərik”, - deyə şirkət nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, baş ofisi İspaniyada yerləşən HIMOINSA 1982-ci ildə yaradılıb. 1990-cı illərdən etibarən şirkət bu günə qədər dayanmayan daimi beynəlmiləlləşmə prosesinə başlayıb. Şirkətin fabrikləri və satış ofisləri beş qitədə yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti