Bakı. Trend:
İspaniyanın “Enerdealers, Commodity Trading and Energy Consulting” şirkəti Azərbaycanda hidrogen istehsalı imkanlarını nəzərdən keçirir.
Bu sözləri Trend-ə şirkətin CEO-su Diana Qispert Perales deyib.
O, əvvəlcə şirkət haqqında məlumat verib və daha sonra Azərbaycanla əməkdaşlıq imkanlarından danışıb:
"Biz xammala ehtiyacı olan şirkətlərin bütün dəyər zəncirlərində təchizat verən məsləhətçi mühəndislik şirkətiyik.
Beləliklə, biz neft və qaz və faktiki karbohidrogenləri tamamlayan bütün yeni bərpa olunan mənbələr və hidrogen, biometan və ya günəş, külək sistemləri sahəsində təcrübəliyik. Ona görə də biz Azərbaycanda sinerji axtarmağa çox şadıq və biz bunun üçün buradayıq".
"Azərbaycanda hidrogen istehsal etməyə çox həvəsliyik. Eyni zamanda, onu ənənəvi yanacaqla birləşdirib dünyada rəqabətqabiliyyətliliyimizi daha da artıra bilərik. Əldə olunan yanacaq gəmilərin, avtomobillərin və digər nəqliyyat vasitələrinin mühərriklərinə uyğun olacaq", - deyə şirkətin CEO-su vurğulayıb.