...

Somalidə hotelə hücum - Ölənlər var

Dünya xəbərləri Materials 11 Mart 2025 19:07 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Somalidə “Əl-Şabab” terrorçu qruplaşmasından olan silahlıların Beledueyn şəhərində yerləşən “Kaqira” hotelinə basqını nəticəsində azı 11 nəfər həlak olub.

Trend xəbər verir ki, bu haqda “Garowe Online” nəşri yazır.

Terrorçuların əsas hədəfi yerli ağsaqqalların toplantısı olub. Ölkənlərdən dördünün ən iri yerli klanların ağsaqalları olduğu deyilir.

Şahid ifadələrinə əsasən, əvvəl partlayış baş verib, sonra silahlar işə düşüb, ardınca növbəti partlayış olub. Partlayış və toqquşmadan hotel binasının bir hissəsinin dağıntı halına gəldiyi deyilir.

İlkin məlumata əsasən, hücuma məruz qalmış hoteldə ağsaqalların yerli ictimaiyyət nümayəndələri ilə keçirdiyi iclasda gənclər arasında terrora qarşı təbliğat aparılıb, yerli sakinlər “Əş-Şabab”a qarşı döyüşlərdə iştirak etməyə dəvət olunub.

Hücuma görə adıçəkilən qruplaşma məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti