...

Azərbaycan Oman sultanlığı ilə birgə fond yaradacaq - Nazir müavini

İqtisadiyyat Materials 11 Mart 2025 13:15 (UTC +04:00)
Azərbaycan Oman sultanlığı ilə birgə fond yaradacaq - Nazir müavini
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Oman sultanlığı ilə birgə fond yaradacaq.

Trend xəbər verir ki, bunu Azərbaycanın İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən Azərbaycan-İspaniya biznes-forumunda bildirib.

O həmçinin, Azərbaycanın bu yaxınlarda Qazaxıstan, Özbəkistan, Qırğızıstan və BƏƏ ilə ikitərəfli və çoxtərəfli fondlar yaratdığını vurğulayıb.

“Bundan başqa, iki il əvvəl Avropa İttifaqı nümayəndəsi kimi Macarıstanın da iştirak etdiyi çoxtərəfli Türk Dövlətləri Fondunun əsası qoyulub”,- deyə o bildirib.

Elnur Əliyev vurğulayıb ki, ölkə təkcə investisiyalar qəbul edən ölkə rolunu aktiv şəkildə inkişaf etdirmir, eyni zamanda regionda investor kimi çıxış edir. Son illər ölkə Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox yatırım qoyub.

“Belə maliyyə imkanları İspaniya ilə əməkdaşlıq üçün perspektivlər açır.”, -deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti