...

Azərbaycandan Gürcüstana ixrac edilən elektrik enerjisinin dəyəri 2 dəfədən çox azalıb

İqtisadiyyat Materials 11 Mart 2025 20:20 (UTC +04:00)
Azərbaycandan Gürcüstana ixrac edilən elektrik enerjisinin dəyəri 2 dəfədən çox azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycandan Gürcüstana 1,1 milyard kVt/saat elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 58,3 milyon ABŞ dolları təşkil edib.

Gürcüstana elektrik enerjisi ixracı əvvəlki illə müqayisədə həcm ifadəsi ilə 934 milyon kVt/saat və ya 45,1%, dəyər ifadəsi ilə 63,1 milyon ABŞ dolları, yaxud da 2,1 dəfə azalıb.

Belə ki, 2023-cü ildə Azərbaycandan Gürcüstana 2,1 milyard kVt/saat həcmində, 121,4 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti