...

Milli Məclisin deputatları MDB PA-nın iclasında iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 11 Mart 2025 16:51 (UTC +04:00)
Milli Məclisin deputatları MDB PA-nın iclasında iştirak ediblər (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Martın 11-də Müstəqil Dövlət Birliyi Parlament Assambleyasının (MDB PA) Nəzarət-büdcə komissiyasının videokonfrans formatında iclası keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Milli Məclisin MDB PA-da nümayəndə heyətinin üzvləri – MDB PA-nın Nəzarət-büdcə komissiyasının sədr müavini Xanlar Fətiyev və komissiyanın üzvü Azər Badamov iştirak ediblər.

İclasda 2024-cü il üzrə maliyyə öhdəliklərinin yerinə yetirilməsi və 2025-ci il üzrə qurumun büdcəsinin formalaşması, “MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi haqqında” MDB PA Şurasının qərar layihəsi, MDB PA-nın Nəzarət-büdcə Komissiyasının 2024-cü ildəki fəaliyyətinin yekunları və digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti