...

ABŞ Kanada polad və alüminiuma 50% rüsum artımını təxirə salıb

Gündəm Materials 12 Mart 2025 05:41 (UTC +04:00)
ABŞ Kanada polad və alüminiuma 50% rüsum artımını təxirə salıb

Bakı. Trend:

Kanadanın polad və alüminium idxalına 50 faizə qədər planlaşdırılan rüsum artımı bu həftə qüvvəyə minməyəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin ticarət üzrə müşaviri Piter Navarro bildirib.

"Doğrudur", - deyə o, "CNBC News" telekanalının jurnalistinin Kanada üçün rüsum artımının təxirə salınması ilə bağlı sualını cavablandırıb.

P.Navarro qeyd edib ki, ABŞ-nin ticarət naziri Hovard Lutnik “bu məsələnin razılaşdırılmasında gözəl iş görüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti