...

Qrenlandiyada parlament seçkilərində "Demokratlar" partiyası qalib gəlir

Dünya xəbərləri Materials 12 Mart 2025 08:58 (UTC +04:00)

Bakı. Trend:

Müstəqillik haqqında referendumun keçirilməsinin tərəfdarı olan müxalifət "Demokraatit" ("Demokratlar") partiyası Qrenlandiyada keçirilən seçkilərdə 29,9 faiz səslə qalib gəlir.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi rəsmi məlumatlara istinadən bildirib.

Valg.gl saytının məlumatına əsasən, adanın tezliklə müstəqilliyinə nail olmasına səy göstərən müxalifət "Naleraq" ("Millətaşı") mərkəzçi partiyası 24,1 faiz səs toplayıb.

Üçüncü yeri əvvəlki parlament seçkilərindən sonra cəmi 31 deputat mandatından 12-nə malik olan "Inuit Ataqatigiit" (Xalq İcması) partiyası tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti