...

Azərbaycan və İspaniya iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib

Siyasət Materials 11 Mart 2025 17:44 (UTC +04:00)
Azərbaycan və İspaniya iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov martın 11-də İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında Strateji İqtisadi Dialoqun birinci iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin, Azərbaycan-İspaniya Biznes Forumunun və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında “Strateji İqtisadi Əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının iqtisadi əlaqələrin gücləndirilməsinə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

S.Şərifov ötən ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez arasında baş tutmuş görüşün ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti