...

Moskva üzərində hava məkanının açıldı, Bakı-Moskva reyslərinin təyyarələri yola düşdü - AZAL (YENİLƏNİB)

Cəmiyyət Materials 11 Mart 2025 13:09 (UTC +04:00)
Moskva üzərində hava məkanının açıldı, Bakı-Moskva reyslərinin təyyarələri yola düşdü - AZAL (YENİLƏNİB)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının açılması ilə əlaqədar Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərini yerinə yetirən təyyarələr müvafiq olaraq saat 12:25 və 12:35-də yola düşüb.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

10:56

Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.

Gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti