Bakı. Trend:
Bank Respublika artıq Qəbələ sakinlərinə də xidmət göstərəcək.
Ölkənin lider banklarından biri olan Bank Respublika, müştərilərin rahatlığını və xidmətə əlçatanlığını artırmaq məqsədilə Qəbələ şəhərində ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialının təntənəli açılışını edib.
Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi, yüksək standartlara cavab verən yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib.
Regionlarda filial şəbəkəsininnin genişləndiirlməsinin "Bank Respublika"nın strateji məqsədlərindən biri olduğunu qeyd edən "Bankın rəhbərliyi, yeni filialda da biznesin bütün istiqamətləri üzrə iş adamlarına dəstək olunacağını, eləcə də əhaliyə müasir bank məhsullarının sərfəli şərtlərlə təqdim ediləcəyini bildirib.
Bununla, "Bank Respublika"nın ölkə üzrə xidmət şəbəkəsinin sayı 38-ə çatıb.
Bankın yeni filialı – Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 204-210 ünvanında fəaliyyət göstərəcək
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.