...

İtaliya son 4 ildə Azərbaycandan 26,5 milyard dollarlıq neft və neft məhsulları alıb

İqtisadiyyat Materials 11 Mart 2025 13:28 (UTC +04:00)
İtaliya son 4 ildə Azərbaycandan 26,5 milyard dollarlıq neft və neft məhsulları alıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Son dörd ildə Azərbaycandan İtaliyaya 43,5 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlar əsasında hesablama aparıb.

Məlumata görə, bu miqdarda neft ixracından əldə olunan gəlir 26,5 milyard ABŞ dolları olub.

Ötən il Azərbaycandan İtaliyaya 12,5 milyon ton miqdarında, 6 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib ki, bu da, 2023-cü ilin göstəriciləri ilə müqayisədə miqdar ifadəsi ilə 3,7 milyon ton və ya 41,3% çox, dəyər ifadəsi ilə 576 milyon ABŞ dolları, yaxud da 8,7% azdır.

2023-cü ildə Azərbaycandan İtaliyaya 8,9 milyon ton miqdarında, 6,6 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub. Bu, 2022-ci illə müqayisədə miqdar ifadəsi ilə 2,2 milyon ton və ya 20%, dəyər ifadəsi ilə 436 milyon ABŞ dolları, yaxud da 6,2% azdır.

Bekə ki, 2022-ci ildə Azərbaycandan İtaliyaya 11,1 milyon ton miqdarında, 7,1 milyard ABŞ dolları dəyərində, 2021-ci ildə isə 11 milyon ton miqdarında, 6,7 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları satılıb.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycandan İtaliyaya 1,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Bu miqdarda məhsul ixracından əldə olunan gəlir 932,7 milyon ABŞ dolları təşkil edib. Yanvar ayında İtaliyaya ixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1,5 milyon ton və ya 9,4 dəfə, dəyər ifadəsi ilə 822,2 milyon ABŞ dolları, yaxud da 8,4 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti