...

İngiltərə Abramoviçin dondurulmuş “milyardlarını” Ukraynaya ayırmağı planlaşdırır

Dünya xəbərləri Materials 11 Mart 2025 20:28 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Londonun “Çelsi” klubunun satışından sonra dondurulmuş 2,3 milyard funt sterlinq məbləğində vəsaiti Ukraynaya ayırmağı planlaşdırdıqlarını bəyan edib.

Trend bu barədə “The Financial Times”a istinadən xəbər verir.

“Bu, həqiqətdir – o pulları paylaşdırmaq, onları istifadə etmək lazımdır”, - deyə Lemmi bildirib.

Lemmi vurğulayıb ki, bunu məhkəmə prosesi yolu ilə çözmək fikrində deyil, belə ki, buna uzun müddət tələb olunur. Habelə o belə bir variantın da istisna olunmadığını diqqətə çatdırıb.

Xatırladaq ki, Roman Abramoviç 2003-cü ildə “Çelsi” futbol klubunu 140 milyon funt sterlinə satıb. Komanda İngiltərə Premyer Liqasının qalibi olub, iki dəfə Çempionlar Liqasını və Avropa Liqasının mükafatçısı olub, beş dəfə İngiltərə kubokuna sahib olub və 3 dəfə İngiltərə liqasının qalibi olub. O, 2022-ci ildə sanksiyalarla əlaqədar klubunu satmaq məcburiyyətində qalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti