...

Azərbaycan-İspaniya Strateji İqtisadi Dialoqunun 1-ci iclası keçirildi, Anlaşma Memorandumu imzalandı (FOTO)

İqtisadiyyat Materials 11 Mart 2025 18:25 (UTC +04:00)
Azərbaycan-İspaniya Strateji İqtisadi Dialoqunun 1-ci iclası keçirildi, Anlaşma Memorandumu imzalandı (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Azərbaycanla İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi xanım Amparo Lopez Senoviya ilə görüşdə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, bu gün keçirilmiş Azərbaycan – İspaniya biznesforumunun və iki ölkə arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqində əhəmiyyəti barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

O bildirib ki, görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

"Sənədin icrası ikitərəfli #biznes əlaqələrini genişləndirmək, investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığı şaxələndirməyə töhfə verəcək", - nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti