Bakı. Trend:
NATO-nun baş katibi Mark Rutte 12-14 mart tarixlərində ABŞ-a səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə NATO-nun mətbuat xidməti xəbər verib.
Məlumata əsasən, M.Rutte martın 13-də prezident Donald Trampla görüşəcək.
Danışıqların mövzuları açıqlanmayıb.