Bakı. Trend:
Çin Xalq Respublikası orbitə 18 "Qianfan" qütb-orbit rabitə peykini uğurla çıxarıb.
Trend-in məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.
Məlumata əsasən, "CZ-8" (“Çançjen-8”) raketi çərşənbə günü Pekin vaxtı ilə saat 00:38-də Vençan kosmodromunun kommersiya platformasından buraxılıb.
Bildirilib ki, missiyanın fəsiləsiz həyata keçirilməsi Çindəki kommersiya layihələrinə nəzarət edən Çin Milli Kosmik İdarəsi tərəfindən təmin edilib.